EN

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Naxçıvana səfər ediblər (FOTO)

Bakı. Trend:

Mayın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimaiBirliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı MediaMərkəzinin rəhbəri Arzu Əliyeva ailə üzvləri ilə birlikdə NaxçıvanMuxtar Respublikasına səfər ediblər.

Trend xəbərverir ki, səfər çərçivəsində Naxçıvanın zəngin tarixi-mədəni irsi,unikal memarlıq abidələri, sosial-tibbi reabilitasiya müəssisələrivə təbii gözəllikləri ilə yaxından tanışlıq olub.

Səfər Azərbaycan xalqının Ümummilli Lideri Heydər ƏliyevinNaxçıvan şəhərindəki abidəsinin önünə gül dəstəsinin qoyulması iləbaşlayıb. Ardınca onlar Heydər Əliyev Muzeyini ziyarət edərək dahişəxsiyyətin həyat yolunu, siyasi irsini və dövlətçilik fəaliyyətiniəks etdirən zəngin eksponatlarla tanış olublar.

Daha sonra Naxçıvanın memarlıq incilərindən olan Möminə Xatuntürbəsi və Naxçıvan Xan Sarayı ziyarət edilib, “Əcəmi”seyrəngahında yerləşən açıq səma altındakı muzeyin eksponatlarınabaxış keçirilib, xanlıqlar dövrünə aid zəngin maddi-mədəni irsnümunələri ilə tanışlıq olub.

Proqram çərçivəsində Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləriNaxçıvan şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçünfəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzinə baş çəkiblər.Onlar burada mərkəzin müxtəlif bölmələri ilə tanış olaraq tibbireabilitasiya və uşaqlara göstərilən xidmətlərlə yerindəmaraqlanıblar.

Leyla Əliyeva tərəfindən Uşaq Bərpa Mərkəzinə ayaq və əlreabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən “Robotic”reabilitasiya əlcəkləri, həmçinin miostimulyasiya və infraqırmızıterapiya cihazları hədiyyə olunub.

Günün sonunda Naxçıvan Muxtar Respublikası MədəniyyətNazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər ƏliyevSarayında “Tağıyev:

Neft” bədii filminin təqdimat mərasimi olub.

Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev:Neft” filmi dahi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyathekayəsinə həsr olunan “Tağıyev” filminin birinci hissəsidir.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Chosen
0
49
az.trend.az

10Sources