Sumqayıt şəhərində güclü külək ölümə səbəb olub.
Viral.az xəbər verir ki, hadisə ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “İdeal” kərpic zavodunun həyətində baş verib.
Küləyin təsirindən zavodun hasarı “KamAZ” markalı yük avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində sükan arxasında olan 45 yaşlı Xızı rayon sakini Natiq Xankərəm oğlu Haqverdiyev ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.
Son Yazılar:
- Zavodun hasarı uçdu – Ölən var
- Ağstafada iki yük maşını toqquşdu, xəsarət alan var
- “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirildi
Faktla bağlı araşdırmalar aparılır.