EN

"Əl-Hilal" baş məşqçini uzaqlaşdırdı

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal" portuqaliyalı baş məşqçisi Jorji Jezuşla müqaviləni pozub.

 

Sfera..az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

70 yaşlı mütəxəssisin müqaviləsinə Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Əhli”yə məğlubiyyətdən (2:3) bir neçə gün sonra xitam verilib.

 

Komandaya müvəqqəti olaraq Məhəmməd Əl-Şalhub rəhbərlik edəcək.
 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında "Əl-Hilal" 62 xalla lider "Əl-İttihad"dan 6 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Chosen
0
3
sfera.az

4Sources