Qubada cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku start götürüb.
"Football-plus.az" xəbər verir ki, Azərbaycanı bu yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.
İlk yarış günündə 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək. Quba Avropa Kubokuna sabah yekun vurulacaq.
Qeyd edək ki, beynəlxalq turnirdə 11 ölkədən 354 cüdoçu (213 oğlan, 141 qız) 16 çəki dərəcəsində mübarizə aparır.