BAKI, 3 may. TELEQRAF
"Alrosa" Rusiyada ən böyük brilyant olan və "Yeni Günəş" adlandırılan almazı hərraca çıxaracaq.
Teleqraf Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Yakutiyanın rəhbəri Aysen Nikolaevçəkisi məlumat verib.
O qeyd edib ki, yaxın vaxtlarda 100 karatdan çox olan nadir dəbdəbəli rəngli almazı hərracda satmaq planlaşdırılır.
"Onu hərracda satmağı planlaşdırırıq”, - o, “Alrosa”nın gələcəkdə almazla nə etmək niyyətində olduğuna dair sualı cavablandırarkən deyib.
Lakin hərracın mümkün tarixi barədə açıqlama verilməyib.