EN

“Traktor’ ilk dəfə İran çempion oldu

Futbol üzrə İran çempionatında çempionun adına aydınlıq gəlib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionatının qalibi olub.

XXVIII tur çərçivəsində “Şəms Azər”lə qarşılaşan komanda rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb.

Bu qələbə nəticəsində xallarının sayını 64-ə çatdıran “qırmızı qurdlar” ən yaxın izləyicisi “Sepahan”ı 8 xal qabaqlayaraq sona 2 tur qalmış çempionluqlarını rəsmiləşdiriblər.

Chosen
0
12
heftelik.az

10Sources