Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq KosmikStansiyanın (BKS) 2030-cu ilə qədər istismardan çıxarılması iləbağlı hazırlıqlara başlamağı təklif edir.
Trend xəbər verirki, bu barədə məlumat ABŞ-nin 2026-cı maliyyə ili üçün Ağ Evtərəfindən dərc olunmuş federal büdcə layihəsində əksini tapıb.
Sənəddə qeyd olunur ki, ABŞ administrasiyası federal xərcləriazaltmaq məqsədilə BKS-dəki “ekipaj sayını” və göyərtədə aparılanelmi təcrübələrin miqyasını məhdudlaşdırmaqla 508 milyon dollarqənaət etməyi planlaşdırır. Həmçinin, stansiyanın 2030-cu ilə qədərtəhlükəsiz şəkildə istismardan çıxarılması və onu kommersiya kosmikstansiyaları ilə əvəzləmək üçün hazırlıqlara start verilməsinəzərdə tutulur.
Gözlənilir ki, BKS-dəki astronavtların elmi fəaliyyəti gələcəkdəəsasən Ay və Marsın tədqiqi proqramlarına yönəldiləcək.
Qeyd edək ki, BKS 1998-ci ilin 20 noyabr tarixindən orbitdəfəaliyyət göstərir. Stansiyanın ümumi kütləsi təxminən 435 ton, dokgəmiləri ilə birlikdə isə bu rəqəm 470 tona çatır. Layihədə ABŞ,Rusiya, Kanada, Yaponiya və Avropa Kosmik Agentliyinə üzv 10 ölkəiştirak edir.