EN

Birinci Liqa: “Karvan” “Qəbələ”ni xalsız yola saldı

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“İmişli” doğma meydanda “Qaradağ Lökbatan”ı, “Zaqatala” da MOİK-i məğlub edib. “Karvan” isə çempionluğu da təmin etmiş “Qəbələ” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Birinci Liqa
24-cü tur

1 may

“Cəbrayıl” – “Baku Sportinq” 2:1
Qollar: Bilal İsmayılov, 27. Tapdıq Əhmədov, 85 – Elşən Abdullayev, 87.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Alik Yunusov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Bayıl Arena”, 13:00.

“Difai” – “Mingəçevir” 1:4
Qollar: Kristian Kamta, 70-pen – Nahid Əliyev, 8; 90+3. Taleh Fərmanov, 59; 75.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

2 may

“İmişli” – “Qaradağ Lökbatan” 3:1
Qollar: İdris İnqilablı, 56. Oluvasen Timilehin, 65. Seyxan Fərəcov, 90+1 – Nurlan Novruzov, 75.
Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elman Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00.

“Zaqatala” – MOİK 1:0
Qol: Roini İsmayılov, 57.
Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Anar Bədəlov, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Karvan” – “Qəbələ” 2:0
Qollar: Emil Qasımov, 62. Ezekiel Morqan, 80.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Samir Qaracayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu, 17:00.

Chosen
0
3
arena.az

8Sources