AZ

Birinci Liqa: 24-cü turun təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 24-cü turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

24-cü tura mayın 1-də start veriləcək. Turun qalan görüşləri mayın 2-də keçiriləcək.

Birinci Liqa
24-cü tur

1 may

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Alik Yunusov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Bayıl Arena”, 13:00.

“Difai” – “Mingəçevir”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

2 may

“İmişli” – “Qaradağ Lökbatan”
Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elman Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00.

“Zaqatala” – MOİK
Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Anar Bədəlov, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Karvan” – “Qəbələ”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Samir Qaracayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu, 17:00.

Seçilən
0
3
arena.az

8Mənbələr