Amerikalı müğənni və bəstəkar Cil Sobule 67 yaşında yanğında dünyasını dəyişib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sənətçinin meneceri Con Porter məlumat verib.
Sobulenin meyiti mayın 1-də Minnesota ştatının (ABŞ) Vudberi şəhərindəki evində tapılıb.
Səlahiyyətlilər yanğının səbəblərini araşdırır.