EN

“Onu Messi və Ronaldo ilə müqayisə etməyin"

"Barselona"nın futbolçusu Lamin Yamalın atası Munir Nasraui oğlu haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, "Sport.es" gənc futbolçunun atasının dediklərini belə çatdırıb.

"Onun öz üzərində işləməyə davam etmək üçün kifayət qədər gücü var. O, 5 yaşından bu işlə məşğuldur və artıq onun imkanlarının yalnız 10%-ni görmək mümkündür. Onu Messi, Cristiano Ronaldo və ya Dieqo Maradona ilə müqayisə etməyə ehtiyac yoxdur. O, Lamin Yamaldır. O, öz ərazisində, adi insanlar arasında kumir olmaq istəyir".

17 yaşlı cinah oyunçusu bu mövsüm 49 oyun keçirib, 15 qol vurub və bütün turnirlərdə 24 məhsuldar ötürmə edib.

Chosen
0
90deqiqe.az

1Sources