EN

Fransanın SEZAR haubitsası Rusiya-Ukrayna müharibəsində özünü çox yaxşı göstərib

Fransanın SEZAR özüyeriyən haubitsası Rusiya-Ukrayna müharibəsinin reallıqlarında özünü çox yaxşı göstərib, baxmayaraq ki, bu silahların istehsal sürəti hələ də qəbuledilməz dərəcədə aşağı olaraq qalır.

Herbiand.az bildirir ki, bu barədə “Defense Express” hərbi-analitik portalı Fransa parlamentinin Milli Müdafiə və Silahlı Qüvvələr Komitəsinin açıq hesabatına istinadən məlumat yayıb.

Hesabatda bildirilir ki, Ukraynaya verilən SEZAR silahlarının 10%-dən az hissəsi cəbhədə itib. Ukrayna Müdafiə Qüvvələri açıq məlumatlara əsasən, 2024-cü ilin sonuna qədər bu silahlardan 78-ni alıblar. Bu isə haubitsa itkisinin sayının 7 olduğunu göstərir.

“Obyektiv olaraq, 2022-ci ilin may ayından etibarən əməliyyatların intensivliyini nəzərə alsaq, bu, çox aşağı rəqəmdir”, - Defense Express qeyd edib.

Hesabatda SEZAR-ın itki nisbətinin oxşar arxitekturaya malik bəzi digər artilleriya sistemlərindən 2-3 dəfə aşağı olduğu iddia edilir. Analitiklər bunu SEZAR-ın daha kiçik ölçülərə malik olması və buna görə də mövqedə maskalanmasının daha asan olması ilə izah edirlər. Bundan əlavə, onun sahədə təmiri daha asandır və texnika zədələndikdən sonra mövqedən geri çəkilməyə imkan verən “fövqəladə sistemlərə” malikdir.

Məlumata görə, 5 aylıq əməliyyatdan sonra SEZAR-ın döyüş hazırlığı səviyyəsi 60% təşkil edib ki, bu da rəqiblərdən xeyli üstündür.

Bəxtiyar CƏFƏRLİ

Chosen
0
herbiand.az

1Sources