EN

Kiberhücumlardan qorunma ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur

BAKI, 2 may. TELEQRAF

"Qanunvericiliyə müstəqil media orqanlarının kiberhücumlardan qorunması üçün dəyişiklik olunması təklif edilir".

Teleqraf xəbər verir ki, bunu parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyasının sədri Ramid Namazov Milli Məclisin “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində deyib.

O bildirib ki, dövlət media orqanları bunu edirlər, amma müstəqil subyektlərdə də mexanizm olmalıdır:

"Azərbaycanda fəaliyyət göstərən media qurumları kibertəhlükəsizlik sahəsində Medianın İnkişafı Agentliyinin xətti ilə təlimlərə cəlb olunsun. Ən adi hərəkətdən problemlər ola bilər. Onlar kibertəhlükəsizlik sahəsi üzrə qaydalarla tanış edilməlidirlər. Qanunvericiliyə müstəqil media orqanlarının kiberhücumlardan qorunması üçün dəyişiklik etmək olar. Müstəqil media orqanlarının qorunması qanunvericilik sahəsi ilə təmin edilməlidir. Onlar da dövlətin inkişafında əsas yeri tutur".

Chosen
0
3
teleqraf.com

4Sources