EN

NATO Litvada beynəlxalq təlimlərə ev sahibliyi edəcək

NATO-nun Griffin Lightning beynəlxalq hərbi təlimi çərçivəsində müttəfiqlərin helikopterləri sərhəd bölgələri də daxil olmaqla Litva ərazisi üzərində aşağı hündürlükdə uçacaq.

Editor.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 3-dən 23-dək Litvada “Griffin Lightning 2025” beynəlxalq hərbi təlimi keçiriləcək.Litvalılar üçün bu təlimlərin ən çox görünən hissəsi bu şənbə – Almaniya hərbi helikopterlərinin Litva hava məkanı üzərində gecə-gündüz uçuşları başlayacaq”, – nazirliyin məlumatında deyilir.

Müdafiə Nazirliyinin məlumatına görə, Almaniyanın 30-a yaxın hərbi helikopteri ölkəyə yerləşdiriləcək: TIGER hücum helikopterləri, NH90 nəqliyyat helikopterləri, CH-53 ağır nəqliyyat helikopterləri və EC135 yüngül çoxməqsədli helikopterlər.

Bəzi uçuşların çox aşağı hündürlükdə, 150 metrə qədər həyata keçirilməsi planlaşdırılır.

NATO Hərbi Hava Qüvvələri aprelin əvvəlində Ramstein Flag təlimi çərçivəsində Rusiyanın hərbi blok ölkələrinə qarşı hücum ssenarisi üzrə təlim keçirib.

//Gülnarə Abasova, Editor.az

Chosen
0
editor.az

1Sources