Bu ilin ilk üç ayında xaricə səfər edən azərbaycanlıların sayı ümumilikdə 468 min 920 nəfər olub.
Valyuta.az xəbər verir ki, turizm məqsədilə xaicə səfər edənlərin sayı 279 min 151 nəfər təşkil edib.
Yanvar-mart aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşların turizm məqsədilə çəkdikləri xərclərin bölgüsü isə 438 milyon 338 min 700 manat olub.
Azərbaycan vətəndaşları ən çox pulu Türkiyədə xərcləyib.
Belə ki, xaricə gedən turistlər bu dövrdə Türkiyədə 153 milyon 202.1 min manat pul xərcləyib.
Turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının turizm məqsədilə çəkdikləri xərclərin bölgüsü ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Maya Hüseynova