Voleybol üzrə Braziliya çempionatında çempionun adına aydınlıq gəlib.
Qadın voleybolçulardan ibarət millimizin üzvü Polina Rəhimova Braziliya çempionu adını qazanıb.
Operativ Media xəbər verir ki, voleybolçumuzun komandası “Osasco” finalda “Sesi Volley Bauru” klubunu 3:1 (26:24, 19:25, 28:26, 25:20) hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb.