Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya çempionu adını qazanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Voleybolçumuzun komandası “Osasco” finalda “Sesi Volley Bauru” klubunu 3:1 (26:24, 19:25, 28:26, 25:20) hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb.