
ABŞ Prezidenti Donald Tramp Ağ Evin hazırkı milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun ABŞ-nin BMT-dəki daimi nümayəndəsi təyin ediləcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Mən Mayk Uoltsu ABŞ-nin BMT-dəki növbəti səfiri vəzifəsinə namizəd göstərəcəyimi elan etməkdən məmnunam”, - Tramp bildirib.
Tramp həmçinin, ABŞ dövlət katibi Marko Rubionun milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edəcəyini, eyni zamanda Dövlət Departamentindəki vəzifəsini davam etdirəcəyini açıqlayıb.