EN

Mərkəzdən uzaq məsafədə yerləşsə də TƏBİB-in qabaqcıl tibb müəssisəsilərindəndir - Zamirə Ədilova

Pirallahı Tibb Mərkəzi həm yerləşmə baxımından, həm də xidmət göstərdiyi əhali sayına görə diqqət mərkəzindədir.

“İki sahil” xəbər verir ki,  bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirdi.

Onun sözlərinə görə, Mərkəz həm yerləşmə baxımından, həm də xidmət göstərdiyi əhali sayına görə diqqət mərkəzindədir: “Mərkəz təqribən 20 min vətəndaşımızı tibbi xidmətlə təmin edir. Əlavə olaraq qeyd edim ki, Çilov Ailə Sağlamlıq Mərkəzi də Pirallahı Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərir və 200 nəfərə yaxın vətəndaşa tibbi xidmət göstərir. Bu tibb müəssisəsi Bakı tibbi ərazi bölməsinə daxil olan xəstəxanalar arasında mərkəzə ən uzaq məsafədə yerləşən səhiyyə ocağıdır. Buna baxmayaraq, infrastruktur, tibbi xidmətin keyfiyyəti, vətəndaş məmnunluğu baxımından TƏBİB-in qabaqcıl tibb müəssisəsilərindəndir.”

Chosen
0
1
ikisahil.az

2Sources