Bildirilib ki, zəlzələ 4.3 maqnitudada olub. Yeraltı təkanın yerli vaxtla 05:49-da İnçxa kəndi yaxınlığında qeydə alındığı bildirilir. Zəlzələnin yeraltı ocağı 10 km dərinlikdə olub. Qeyd edilir ki, yerin səthində zəlzələ hiss olunmayıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.