"Bizim üçün nəticə inanılmaz oldu. Belə hesabın olacağını qabaqcadan deyə bilməzsən. Mən bilirdim ki, "Atletik" güclü komandadır. Lakin onların bu cür temperamentli, aqressiv olacağını düşünmürdüm".
Offsideplus.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının ilk yarımfinalında səfərdə "Atletik"i 3:0 hesabı ilə məğlub edən "Mançester Yunayted"in kapitanı Bruno Fernandeş deyib.
Portuqaliyalı yarımmüdafiəçi bu qarşılaşmada dubla imza atıb. O, matçdan sonra təəssüratlarını bölüşərkən qeyri-adi ifadələr işlədib.
"Üzərimdə təzyiq hiss edirəm. Bu, futbolun yaxşı tərəfidir və bundan həzz almaq lazımdır. Karyeramı başa vurduqdan sonra bu hiss keçəcək, nəticədə mən rahatlaşacağam. Məşqçilər və fizioterapevtlər istirahət etmək lazım olduğunu deyirlər. Mən isə onlara "yox" cavabını verirəm. Mən öləndə öz-özümlə qalmaq üçün çoxlu vaxtım olacaq, uzanıb istirahət edəcəyəm".