EN

Fransa XİN: Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

BAKI, 1 may. TELEQRAF

Avropa ölkələri Ukraynada atəşi dayandırmaqdan imtina edərsə və bu məsələdə ABŞ-dan dəstək alacağına ümid edərsə, daha bir anti-Rusiya sanksiyalar paketi tətbiq etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bunu “Frans Press” agentliyinə müsahibəsində Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro deyib.

J.N.Barro bildirib: “Biz, avropalılar, Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə Amerikanın bu təşəbbüsünü dəstəkləyəcəyik və dünən çərşənbə mən ABŞ senatoru Lindsi Qrem qarşısında öhdəlik götürdüm ki, biz bu iki sanksiya paketinin həm mahiyyətini, həm də vaxtını koordinasiya etməyə çalışacağıq”.

Agentliyin xatırladığı kimi, daha əvvəl respublikaçı senator Lindsi Qrem anti-Rusiya sanksiyalarının sərtləşdirilməsini təklif etmişdi.

Chosen
0
9
teleqraf.com

6Sources