EN

Oğurlanan iş adamından xəbər var - yenilənib - VİDEO - FOTO

Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.
 
Həmyerlimiz bu gün axşam saatlarında onu aparan naməlum şəxslər tərəfindən sərbəst buraxılıb.
 
V.Osmanovun kimlər tərəfindən aparılıb sonradan buraxılması ilə bağlı dəqiq məlumat yoxdur.
 
Qeyd edək ki, aprelin 16-da 1972-ci il təvəllüdlü V.Osmanov Odessada idman zalından çıxarkən naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək məlum olmayan istiqamətə aparılmışdı. Ondan sonra Vüqarla heç bir əlaqə olmayıb.
 
Ukrayna polisi faktla bağlı araşdırmalar aparır.
 
1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb. Yerli polisin müşahidə kameraları vasitəsilə ilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V. Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir. Qeyd edək ki V. Osmanov Ukrayna vətəndaşıdır və Odessada Azərbaycan diasporunun fəal üzvüdür.
 

 

 

Chosen
0
33
moderator.az

10Sources