Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun Samur qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Samur qəsəbə tam orta məktəbində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahəsinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda sakinlər içməli və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, uşaq bağçasının təmiri, kənd məktəbi və uşaq bağçasının mavi yanacaqla təminatı, qəsəbədaxili yolların təmiri, yeni salınmış məhəlləyə internet xəttinin çəkilməsi, yol nişanlarının quraşdırılması, işlə təminat və digər məsələlər ilə bağlı müraciətlərini ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı görüşdə qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.