EN

ABŞ və İran arasında planlaşdırılan görüş TƏXİRƏ SALINDI

ABŞ və İran nümayəndə heyətləri arasında mayın 3-nə planlaşdırılan danışıqlar təxirə salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi açıqlama verib.
 

Nazirin sözlərinə görə, bu, “logistik səbəblərdən” edilib.


Qeyd edək ki, daha əvvəl “Axios” nəşri mayın 3-ü şənbə günü Romada keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının dördüncü raundunun çox güman ki, gələn həftəyə təxirə salınacağını yazıb.

Bunun fonunda İranın Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri ilə görüşü də təxirə salına bilər. Mümkün təxirə salınmanın səbəbləri açıqlanmayıb.

Bizim.Media

Chosen
0
2
bizim.media

4Sources