AZ

ABŞ-İran danışıqları təxirə salındı

ABŞ və İran nümayəndə heyətləri arasında mayın 3-nə planlaşdırılan danışıqlar təxirə salınıb.

Publika.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi məlumat verib.

Nazirin sözlərinə görə, bu, “logistik səbəblərdən” edilib.

"Axios" üç məlumatlı mənbəyə istinadla daha əvvəl bildirmişdi ki, mayın 3-ü Romada keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının dördüncü raundu çox güman ki, gələn həftəyə qədər təxirə salınacaq. Bu fonda İranın Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri ilə görüşü də təxirə salına bilər. Mümkün təxirə salınmanın səbəbləri açıqlanmayıb.

Seçilən
0
2
publika.az

4Mənbələr