Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Arsen Torosyan öz “Facebook” səhifəsində terrorçu eks-prezident, Xocalı canisi Robert Köçəryana sual ünvanlayıb:"Yaxşı, sonda bu sadə suala kim cavab verəcək?"
Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
“Niyə bəzi insanlar, xüsusən də bəzi müxalifətçilər bütün günü Rusiyanı tərifləyib Qərbi pisləyirlər, amma övladları, nəvələri Amerikadadır?
Məsələn, niyə Perm və ya Barnauldakı doğum evlərindən daha çox Qlendeyl və ya Los-Ancelesdəki doğum evlərinə üstünlük verirlər?
“Cənab Robert Köçəryan, mən sizdən bu suala cavab verməyinizi xüsusi xahiş edirəm”, -deyə erməni deputat vurğulayıb.
S.Laçın