EN

Ərini öldürmək üçün killer tutdu - HƏBS EDİLDİ

Yekaterinburq şəhərində məhkəmənin qərarı ilə bir qadın 29 iyuna qədər həbs edilib. 

News24.az xəbər verir ki, o, ərini öldürmək üçün sui-qəsd təşkil etməkdə ittiham olunur.

Qadın barəsində “Müqavilə ilə qətl” maddəsi üzrə cinayət işi açılıb.

Hazırda regionun İstintaq Komitəsi bu məlumatla bağlı rəsmi şərh verməyib.

Lakin “Komsomolskaya Pravda” qəzetinin yazdığına görə, hələlik rəsmi təsdiq olunmayan məlumata əsasən, repititor kimi çalışan qadın, ərini öldürmək üçün fərdi sahibkara müraciət edib.


Məryəm İlhamqızı


Chosen
0
news24.az

1Sources