***
Bu gün səhər saatlarında Xırdalan şəhərində yerləşən 1 nömrəli məktəbdə qorxulu hadisə baş verib.
Bu barədə valideyn məlumat verib. Onun sözlərinə görə, dərsdən çıxan 13 yaşlı oğlunu naməlum şəxs oğurlamağa cəhd edib.
Valideyn bildirib ki, hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil ona yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik tərpənərək təcavüzkarın əlindən qaçıb.
“Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı, məni tutub maşına soxmaq istəyirdi. Mənə müqavimət göstərdi, təpik vurub qaçıb,” – deyə ana bildirib. O da qeyd edib ki, oğlunun qolunda və əlində təzyiq izləri var.
Valideyn hadisə barədə dərhal polisə məlumat verdiyini bildiirb. O ərazidə təhlükəsizlik kameralarının olduğunu və görüntülərin araşdırılacağını bildirib. Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət etdik, araşdırma aparıldığı bildirildi.
10Sources
-
yenilik.azBakıda məktəblini oğurlamaq istədilər: “Əllərində dəsmal vardı, məni…” ( 16901882)
-
e-saglam.azBakıda məktəblini oğurlamaq cəhdi: "Əllərində dəsmal vardı, məni tutub maşına soxmaq istəyirdilər" ( 16890584)
-
demokrat.azBakıda ŞOK! Məktəblini oğurlamaq istədilər: “Əllərində dəsmal vardı, məni…” — DİN hərəkətə keçdi (YENİLƏNDİ) ( 16889786)
-
viral.azUşağım dedi ki, məni maşına soxmaq istəyirdi… ( 16887146)
-
sherg.azBakıda QORXUNC OLAY: Məktəblini oğurlamaq istədilər ( 16887059)
-
redaktor.az"Uşağım dedi ki, məni maşına soxmaq istəyirdi..." - Bakıda məktəblini oğurlamaq İSTƏDİLƏR ( 16886999)
-
turkustan.azBakıda QORXUNC OLAY: Məktəblini oğurlamaq istədilər ( 16885076)
-
hakimiyyet.azBakıda məktəblini oğurlamaq cəhdi: "Əllərində dəsmal vardı, məni tutub maşına soxmaq istəyirdilər" ( 16884770)
-
azreform.infoBakıda məktəblini oğurlamaq cəhdi: "Əllərində dəsmal vardı, məni tutub maşına soxmaq istəyirdilər" ( 16884719)
-
tribunainfo.azBakıda məktəblini oğurlamaq istədilər: “Əllərində dəsmal vardı, məni…” ( 16884209)