Naxçıvanın rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin təyin edilib.
Publika.az “Nuhçıxan”a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisi Sədrinin Sərəncamına əsasən, bu vəzifəyə Azər Şahverdi oğlu Məmmədrəhimov təyin olunub. Ona nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
Bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsini isə Rahid Ələkbərli icra edib.