Dünya şöhrətli kinorejissor Martin Skorseze vəfat etmiş Papa Fransiskin haqqında sənədli film üzərində işləyir.
Kult.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Məlumata görə, "Aldeas - Yeni hekayə" adlı filmdə Skorsezenin Papa Fransisklə etdiyi söhbətlərin, o cümlədən ona verdiyi son müsahibənin görüntüləri yer alacaq.