İspaniyanın “Real Sosyedad” klubunun yarımmüdafiəçisi Martin Subimendi “Barselona” ilə danışıqlara başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 24 yaşlı futbolçunu gələcək mövsüm üçün heyətinə qatmağı planlaşdırır. Subimendi bu mövsüm La Liqada göstərdiyi performansla diqqətləri üzərinə çəkib.
Onun klub ilə müqaviləsi 2027-ci ilə qədərdir.