"Kiyev münaqişənin həlli üçün ciddi səy göstərsə, Rusiya və Ukrayna arasında danışıqlar çox yaxında baş tuta bilər".Missiya.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski danışıb.
“Əgər həmin böhrana səbəb olan məsələlərin həlli üçün ciddi və mənalı səy göstərilsə, düşünürəm ki, bu, tezliklə baş verə bilər”, - Polyanski bildirib.
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoffla görüşündə Rusiya tərəfinin Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu təsdiqləyib.
Zərintac MayisqızıMissiya.Az