EN

Onlardan biri “Bayer”in baş məşqçisi olacaq

“Real Madrid”ə keçəcəyi gözlənilən Xabi Alonsonun əvəzinə “Bayer Leverkuzen”in baş məşqçi postuna əsas namizədləri məlum olub.

“Qafqazinfo” “Kicker” nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu bu posta Xavi Ernandes və ya Erik ten Haqı gətirməyi düşünür.

Məlumata görə, baş məşqçi postuna əsas namizəd olaraq alman dilini bildiyi üçün Erik ten Haqdır.

Lakin klub Xavi Ernandeslə də təmaslara başlayıb.

Qeyd edək ki, Erikin son iş yeri “Mançester Yunayted”, Xavininki isə “Barselona” olub.

Chosen
0
qafqazinfo.az

1Sources