Xalq artisti Nəzakət Teymurova arxasınca danışan insanlardan söz açıb.
Dərgi.az xəbər verir ki, bu barədə o, “Pərvizə görə”də danışıb.
O bildirib ki, hər dövrdə arxasınca danışanlar olub:
“O dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. İnsanlar “mən-mən” deyirlər. Amma meyarımız tamaşaçılar, gördüyün işlər, oynadığın tamaşalardır. Bəzi ifaçılar enerjilərini arxamca danışmağa yox, özlərinə sərf etsəydilər, məndən gözəl ifaçı olardılar. Enerjini düzgün istifadə etmirlər. Bir də görürsən, deyirlər, filan yerdə niyə filankəsdir? Sən bəlkə də filankəsin yerinə əziyyət çəkib gələrdin. Toy bazarına getməsəydin, milli musiqimizim dayağında durub, təmsil etsəydin… Muğam ifaçısı tək mahnının ortasında muğam oxumaqla olmur. Elə muğamlar var ki, fiziki cəhətdən cəsarət, səs cəhətdən potensial lazımdır. Biz azərbaycanlıyıq, muğam qanımızdadır. Amma muğam ifaçıları muğamla gündəmdə qalmalıdırlar. Festivallarda çıxışlar etməlidilər”.