Gənc xanəndə Rəqsanə Ağayeva Muğam müsabiqəsinin seçimlərinin ədalətli keçirilmədiyini iddia edir.
Publika.az modern.az-a istinadən yazır ki, bu barədə gənc ifaçı sosial şəbəkə hesabında paylaşım edib.
“Müsabiqədə məni bilərəkdən kəsdilər. Şəffaflıq yoxdur. Hər münsif öz tələbəsini keçirir növbəti 20-liyə. Nə üçün məni kəsdiklərini soruşduqda heç kim cavab vermir, deyirlər səni gərək Şamaxıdan seçib gətirməyərdik. Xaric oxumuram, səsimdə xırıltı yox. Nə vaxta qədər haqsızlıq olar?” - deyə gənc xanəndə paylaşımında bildirib.
Tanınmış müğənni Nişanə Baxışova da paylaşıma dəstək verərək illər əvvəl eyni haqsızlıqla üzləşdiyini və bunun illərdir davam etdiyini bildirib.
Münsiflər heyətinin üzvlərindən olan Xalq artisti Nəzakət Teymurova iddialarla bağlı saytımıza açıqlama verib.