EN

Klarens Zeedorf “Qızıl top”u tənqid etdi

Niderland futbolunun əfsanəsi, “Ayaks”, “Real”, “İnter” və “Milan”da çıxışları ilə məşhur Klarens Zeedorf “Qızıl top” haqda söhbət açıb.

Arena.az məlumat verir ki, keçmiş yarımmüdafiəçi Rusiyanın “Çempionat” dərgisinin müxbiri Qriqori Telinqaterə müsahibəsində ən nüfuzlu fərdi futbol mükafatına tənqidi mövqeyi ilə diqqət çəkib:

“Ümumiyyətlə nə üçün “Qızıl top” belə vacibdir ki? Mən hesab etmirəm ki, o bir istinad və ya nəyinsə göstəricisidir. Ola bilsin ki, əvvəllər – bəli. Məşqçilər və futbolçular səs verəndə, bu, bir məna kəsb edirdi. Buna rəğmən, onlar da bəzər ən yaxşıları seçmirdilər, həmklublarına və ya öz məşqçilərinə hörmət nümayiş etdirirdilər. Mən ümumiyyətlə hesab edirəm ki, hər bir mövqedə oyunçuları ayrıca seçmək gərəkdir: qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu. Ancaq bundan sonra ən dəyərli oyunçunu. Mən, hər şeyin bu istiqamətdə hərəkətinə üstünlük verərdim. Çoxsaylı olaraq ən dəyərli oyunçu, məsələn, Klod Makelele ola bilər”, deyə Klarens Zeedorf vurğulayıb.

Xatırladaq ki, 2024-cü ilin “Qızıl top” mükafatı “Mançester Siti”nin və İspaniya yığmasının dayaq yarımmüdafiəçisi Rodriyə təqdim edilib.

Chosen
0
arena.az

1Sources