EN

“Qarabağ”a daha bir potensial rəqib – “Kayrat”

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha bir komandanın səbəti bəlli olub.

Msport.az xəbər verir ki, Qazaxıstan çempionu “Kayrat” püşkatma zamanı səpələnməmişlərdə olacaq.

Bu isə o deməkdir ki, “Kayrat” Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri sırasında yer alacaq. Bununla ağdamlıların mümkün rəqiblərinin sayı 6-ya yüksəlib. Bunlar “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “İberiya” (Gürcüstan), “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya) və “Virtus”dur (San Marino).

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Raundun ilk oyunları iyulun 8-9-da, cavab matçları isə 15-16-da keçiriləcək.

Chosen
0
1
msport.az

2Sources