EN

Günay Məmmədzadə: "Çempionların savaşı" turnirinin oyunları çətin keçdi"

Azərbaycanlı qrossmeyster Günay Məmmədzadə üçün Bakıda təşkil olunan "Çempionların savaşı" turnirinin oyunları çətin keçib.

"Report" xəbər verir ki, Avropa çempionu bunu Bakıda təşkil olunan turnirdə bolqarıstanlı həmkarı Antoaneta Stefanova üzərində qazandığı qələbədən sonra jurnalistlərə açıqlamasında bildirib.

O, turnirin maraqlı keçdiyini söyləyib:

"Belə formatda yarış, xüsusilə də dünya çempionuna qarşı oynamaq mənim üçün bir ilk, həm də maraqlı idi. Böyük praktika qazandım. Oyunlar çətin keçdi. Hər detalı düşünən Şahmat Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Ümidvaram ki, gələcəkdə belə yarışların sayı çox olacaq".

Qeyd edək ki, rapid və blits oyunlarının nəticəsinə əsasən Azərbaycan çempionu Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanovaya (Bolqarıstan) 12:10 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovu (Özbəkistan) eyni hesabla üstələyib.

Chosen
0
46
report.az

10Sources