EN

Ukrayna ərazi itkilərini tanımağa hazırdır –Trampın xüsusi nümayəndəsi

ABŞ Ukraynaya müharibəni dayandırmaq üçün 22 konkret şərt təqdim edib. Kiyev onlarla razılaşdı”

AzPost bildirir ki, bu barədə Prezident Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Fox TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın ərazi tələblərini qismən tanımağa hazırdır. O qeyd edib ki, Ukrayna da ərazi itkilərinin hüquqi cəhətdən yox, faktiki olaraq tanınmasına hazırdır.

“Onlar başa düşürlər ki, atəşkəs olarsa, hər bir tərəf tutduğu mövqelərdə qalacaq. Onlar məhz buna hazırdırlar. Keçən həftə mənə dedilər ki, artıq bu razılaşmanı müzakirə ediblər”, – Kelloq deyib.

Chosen
0
azpost.info

1Sources