EN

Bakıda 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

BAKI, 30 aprel. TELEQRAF

Bakının Xətai rayonunda 10 nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilir.

Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə dəyişikliyə səbəb Süleyman Vəzirov küçəsində – Mərkəzi Bulvar küçəsindən Babək prospekti istiqamətində aparılacaq təmir işləridir.
Təmir müddətində 10 nömrəli marşrutun hərəkəti alternativ olaraq Mərkəzi Bulvar küçəsi ilə təşkil olunacaq.

Sürücülər və sərnişinlərdən müvəqqəti dəyişiklikləri nəzərə almaları xahiş olunur.

Chosen
2
teleqraf.com

1Sources