EN

“Prezident Kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi Suqovuşanda keçiriləcək

SUQOVUŞAN, 30 aprel. TELEQRAF

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turniri başlayacaq.

Teleqraf xəbər verir ki, yarışda 20 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq.

Reqatanın ilk günü Suqovuşan su anbarında keçiriləcək. Turnirin açılış mərasimindən sonra 200 metr məsafəyə yarışlar baş tutacaq.

Qeyd edək ki, “Prezident Kuboku-2025” mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Chosen
1
teleqraf.com

1Sources