EN

Türkiyədə rusları daşıyan avtobus aşıb, xəsarət alanlar var

Türkiyədə 25 rusiyalı turisti hava limanından otelə aparan sürücü idarəetməni itirib - avtobus xəndəyə aşaraq istixanaya çırpılıb. Üçü uşaq olmaqla 18 nəfər yaralanıb. Onlar xəstəxanalardadır, bəziləri artıq otellərə buraxılıb. DHA agentliyinin məlumatına görə, zərərçəkənlərdən bəziləri tibbi yardıma ehtiyac duyur. Onlardan ikisi əməliyyat tələb edə bilər..

İlkin məlumata görə, avtomobili Fatih Karataş idarə edib. O, turistləri Manavqatdakı otellərə aparırmış, ancaq sürücü idarəetməni itirib və maşın xəndəyə aşıb.

DHA yazır ki, təcili yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəliblər. Sürücü və 18 rus qəza nəticəsində xəsarət alıb. .

Turoperator Anex Tour Gazeta.Ru-ya bildirib ki, istirahət edənlər vəziyyətlərini yoxlamaq üçün xəstəxanalara aparılıb, bəziləri isə müayinədən sonra otellərə göndərilib.

Əziz Mustafa , Oxuməni.az

Chosen
3
50
oxumeni.az

10Sources