BAKI, 29 aprel. TELEQRAF
Pakistan Hindistanın iki ölkə arasında çay suyunun istifadəsi müqaviləsini dayandırması ilə bağlı beynəlxalq hüquqi tədbirlər görməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan hökumətinə istinadla “Reuters” məlumat yayıb.
Ölkənin ədliyyə naziri Aqil Malik bildirib ki, İslamabad ən azı üç fərqli hüquqi seçim planları üzərində işləyir.
Pakistan Hindistanın Müqavilələr Hüququ üzrə 1960-cı il Vyana Konvensiyasını pozmasına görə Beynəlxalq Arbitraj Məhkəməsi və ya Haaqa Məhkəməsi qarşısında tədbir görməyi nəzərdən keçirir.
“Hüquqi strategiya üzrə məsləhətləşmələr demək olar ki, tamamlanıb”, - Aqil Malik deyib.
Pakistanlı nazir hansı işlərin hansı məhkəməyə göndəriləcəyi ilə bağlı qərarın tezliklə veriləcəyini qeyd edib: “Çox güman ki, işlər birdən çox quruma veriləcək”.
Xatırladaq ki, ötən həftə Hindistan Kəşmirdəki hücumdan sonra Dünya Bankının vasitəçiliyi ilə 1960-cı ildə imzalanmış Hind suları Müqaviləsini qeyri-müəyyən müddətə dayandırıb. İslamabad 26 nəfərin ölümü ilə nəticələnən hücumla hər hansı əlaqəni inkar edir.