"Real"ın müdafiəçisi Antonio Rüdiger zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Publika.az xəbər verir ki, Madrid klubu 32 yaşlı alman futbolçunun sol dizindəki yan menisküsün qismən yırtılması ilə əlaqədar bu gün əməliyyat olunduğunu açıqlayıb.
“Marca”nın məlumatına görə, Rüdigerin sağalma müddəti altı ilə səkkiz həftə arasında olacaq.
Qeyd edək ki, Rüdiger "Barselona" ilə Kral Kubokunun final matçında (2:3) dizində problem yaşadığı üçün əvəzlənib.