EN

D vitamini çatışmazlığı xərçəng riskini artıra bilər — Həkimdən XƏBƏRDARLIQ

D vitamini çatışmazlığı xərçəng riskini artıra bilər.

Ulusal.az Medicina.az-a istinadən  xəbər verir ki, bunu türkiyəli onkoloq prof. Dr. Ahmet Sezer deyib.

Həkimin sözlərinə görə, D vitamini çatışmazlığı təkcə sümük sağlamlığına deyil, xərçəngin inkişafına da əhəmiyyətli təsir göstərir:

“D vitamini orqanizmin immun sistemini gücləndirməklə yanaşı, iltihabı da idarə edir və hüceyrələrin sağlam şəkildə çoxalmasına kömək edir. Həmçinin, şişin böyüməsinin qarşısını alır. Müalicə müddətində D vitamini təkcə xərçəngdən qorunmaq üçün deyil, müalicəni dəstəkləmək üçün də əhəmiyyətlidir. Xüsusilə xərçəng müalicəsinidə D vitamini səviyyələrinin normada olması önəmlidir”.

Dr. Sezer bildirilib ki, D vitamini çatışmazlığı müalicə prosesini uzada və xərçəngin təkrarlanma riskini artıra bilər.

Həkim D vitamini çatışmazlığının qarşısı alına bilən bir sağlamlıq problemi olduğunu ifadə edərək, günəş işığında qalmağın və D vitamini ilə zəngin qidalardan istifadənin bu çatışmazlığı aradan qaldırmağın təsirli yolları olduğunu deyib.

O, həmçinin bildirib ki, həkim tövsiyəsi ilə D vitamini əlavələrinin qəbulu bu çatışmazlığı aradan qaldırmağa kömək edə bilər. Sezer vurğulayıb ki, bu sadə addımlar təkcə ümumi sağlamlığa kömək etməyəcək, həm də bəzi xərçəng növlərinin inkişafının qarşısını alacaq.

Chosen
0
2
moderator.az

3Sources