AZ

D vitamini çatışmazlığı xərçəng riskini artıra bilər — Həkimdən XƏBƏRDARLIQ

D vitamini çatışmazlığı xərçəng riskini artıra bilər.

Demokrat.az Medicina.az-a istinadən  xəbər verir ki, bunu türkiyəli onkoloq prof. Dr. Ahmet Sezer deyib.

Həkimin sözlərinə görə, D vitamini çatışmazlığı təkcə sümük sağlamlığına deyil, xərçəngin inkişafına da əhəmiyyətli təsir göstərir:

"D vitamini orqanizmin immun sistemini gücləndirməklə yanaşı, iltihabı da idarə edir və hüceyrələrin sağlam şəkildə çoxalmasına kömək edir. Həmçinin, şişin böyüməsinin qarşısını alır. Müalicə müddətində D vitamini təkcə xərçəngdən qorunmaq üçün deyil, müalicəni dəstəkləmək üçün də əhəmiyyətlidir. Xüsusilə xərçəng müalicəsinidə D vitamini səviyyələrinin normada olması önəmlidir".



Dr. Sezer bildirilib ki, D vitamini çatışmazlığı müalicə prosesini uzada və xərçəngin təkrarlanma riskini artıra bilər.

Həkim D vitamini çatışmazlığının qarşısı alına bilən bir sağlamlıq problemi olduğunu ifadə edərək, günəş işığında qalmağın və D vitamini ilə zəngin qidalardan istifadənin bu çatışmazlığı aradan qaldırmağın təsirli yolları olduğunu deyib.

Seçilən
0
2
demokrat.az

3Mənbələr