EN

“PAŞA Bank” növbəti dəfə Mərkəzi Bankın tələblərini pozub - Məcburi sərəncam verildi

“PAŞA Bank” ASC fəaliyyətində pozuntuya yol verib. 

Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir . 

Məlumata görə, bank tərəfindən mart ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 il və ondan artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativinin pozulduğu məlum olub.  “Banklar haqqında” qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank “PAŞA Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib. 

Qeyd olunub ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır.

Xatırladaq ki, bu 2024-cü ilin əvvəlindən “PAŞA Bank”la bağlı dördüncü belə haldır. Bundan əvvəl, pozuntulara görə bankın vəzifəli şəxsinə iki dəfə cərimə tətbiq edilib. AMB həmçinin, bir dəfə məcburi ehtiyat normaları ilə bağlı tələblərə riayət etmədiyi üçün “PAŞA Bank”a maliyyə sanksiyası tətbiq edib.

Chosen
0
19
valyuta.az

10Sources