“Türkiyə olaraq 2024-cü ildə dünyanın ən yaxşı 4 turizm ölkəsindən biri olmağı bacardıq, lakin bununla da kifayətlənməyəcəyik. Təbii ki, hədəfimiz turizmdə ilk üç ölkə arasında olmaqdır”- Ulusal.az xəbər verir ki, bu fikirləri Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy bildirib.
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Ərzurumun ev sahibliyi etdiyi “Palandöken İqtisadi Forumu”na qatılaraq, turizmin çevrilən strukturu və Türkiyənin bu sahədəki strateji baxışı ilə bağlı fikirlərini bildirib.
“Turizm bir ekosistem, mədəniyyət, diplomatiya, innovasiya, ticarətdir. Turizm yerli inkişafı dəstəkləyir. Ən əsası isə qadın və gənclərin məşğulluğunu artırır. Bu, ikili münasibətləri aradan qaldıran ən təsirli fəaliyyətdir. 2024-cü ili 61,1 milyard dollar gəlir etdik və ölkəyə 62,3 milyon turist gəlib.2023-cü ili də Dünya Turist sayı baxımından dünyada 5-ci olaraq bağladıq. 2024-cü ili 4-cü yerdə bağladıq, 2024-cü ilə görə də dünyanın ən yaxşı 4 turizm iqtisadiyyatından biri olmağı bacardıq, amma bununla da dayanmayacağıq, təbii ki, məqsədimiz turizmdə ilk üç ölkə arasında olmaqdır və bunun üçün özəl sektor və dövlət əl-ələ verib daha çox çalışacaq”.-deyə nazir bildirib.