Bakı. Trend:
BMT-nin Terrorla Mübarizə İdarəsi (UNOCT) bazar ertəsi, aprelin28-də Terror Qurbanları Assosiasiyaları Şəbəkəsini (VoTAN) təqdimedib.
Trendtəşkilatın saytına istinadən xəbər verir ki, şəbəkə 2022-ci ilinsentyabrında keçirilən BMT-nin terror qurbanlarının ailələrinədəstək üzrə Birinci Qlobal Konqresinin əsas nəticəsidir. O,dünyanın hər yerindən terrorizm qurbanlarının ailə üzvlərini və sağqalanları, bu sahədə ictimai birlikləri və vətəndaş cəmiyyətitəşkilatlarını bir araya gətirir.
Məqsəd terrorizm qurbanlarının yaxınları və sağ qalanlar üçünbir-birlərini dəstəkləmək, möhkəm əlaqələr yaratmaq və müdafiəçi,pedaqoq və sülh qurucuları qismində çıxışlar etmək üçün təhlükəsizplatforma təmin etməkdir.
BMT Baş katibinin terrorla mübarizə üzrə müavini VladimirVoronkov bildirib ki, milliyyətindən, etnik mənsubiyyətindən vədinindən asılı olmayaraq bütün qurbanlarla həmrəylik nümayişetdirilir. O əlavə edib: “Təsəvvürə belə gəlməyən şəxsi faciəqarşısında bir çoxları həmrəylik və tolerantlığın güclümüdafiəçilərinə çevrilərək səslərini ucaltmağı seçdilər”. O, eynizamanda, hökumətləri və vətəndaş cəmiyyətini bu kateqoriyadan olaninsanlara daha çox dəstək verməyə çağırıb: “Bir çox hallardaqurbanların ailələrinin və sağ qalanların ehtiyacları təcili vəkifayət qədər maliyyələşdirilmir. Beynəlxalq və milli səviyyədəyardımlar getdikcə azalır”.
İspaniya xarici işlər naziri Joze Manuel Albares Bueno deyib:“VoTAN-ın inkişafı artıq İspaniyadan maliyyə dəstəyi alıb və onunişə salınması qurbanların yaxınlarının bir-birinə bağlanmasına vəbir-birini dəstəkləməsinə imkan verəcək mühüm addımdır. Vətəndaşcəmiyyəti və hökumətlər arasında sinerji qurbanların ailələrininehtiyaclarını başa düşmək üçün vacibdir, ona görə də biz inanırıqki, digər üzv dövlətlər, xüsusilə Dostlar Qrupuna daxil olanlar daQlobal Şəbəkəni dəstəkləyəcək”.
İspaniya və İraqın sədrlik etdiyi Terror Qurbanlarının DostlarıQrupu təxminən altı il əvvəl qurbanların hüquqlarının müdafiəsiehtiyacını müdafiə etmək üçün yaradılıb.
İraq Respublikasının BMT-də Daimi nümayəndəliyinin müvəqqətiişlər vəkili, həmsədr Abbas əl-Fətlavi Qrupun bütün zərərçəkənlərləhəmrəy olduğunu təsdiqləyib.